Universitet təhsilini başa vurduqdan sonra vətəninə qayıdan çinli bir qadın zəhərli ilan yetişdirməyə başlayıb və bu sahədən ildə təxminən 150 min dollar gəlir əldə edir.
Editor.az xəbər verir ki, bu barədə South China Morning Post nəşri məlumat yayıb.
Hazırda onun idarə etdiyi təsərrüfatda 60 mindən çox sürünən saxlanılır. Qadının sözlərinə görə, atası əvvəlcə onun bu işlə məşğul olmasına qarşı çıxıb və bunu olduqca təhlükəli hesab edib. Lakin təsərrüfat böyüdükcə iş yükü artıb və sonda ailə biznesinə qoşulub.
Qadın həmçinin bildirib ki, uşaqlıqdan ilanlarla iç-içə böyüdüyü üçün onlardan ciddi şəkildə qorxmur.
“Atam mən doğulandan bu işlə məşğuldur”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, təsərrüfatda əldə olunan məhsullar ənənəvi Çin təbabətində istifadə olunur. Belə ki, ilanların öd kisəsi və yağı müalicə məqsədilə, zəhəri isə tibbi araşdırmalarda tətbiq edilir.
İlan məhsullarının qiyməti isə dəyişkəndir. Zəhər qramına görə 6-30 dollar arasında satılır. Bir ilanın əti isə ölçüsündən asılı olaraq 30-150 dollar arasında qiymətləndirilir.
//Gülnarə Abasova, Editor.az

