Sumqayıt şəhərində yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, “Mercedes” markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

