Tanınmış rejissor ukraynalıları təhqir etdibackend

Tanınmış rejissor ukraynalıları təhqir etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış rejissor Oksana Bayrak daha bir qalmaqallı açıqlama verib.

Əvvəllər məşhur sülh tərəfdarı olduğunu deyən bu adam indi ukraynalıları “donuz” adlandırıb. Səbəb isə ukraynalıların Krım körpüsünün partladılmasına görə sevinməsidir.

Editor.az xəbər verir ki, bu barədə rejissor sosial şəbəkələrdə danışıb. O, körpünün partladılmasından sonra Krımda yaşayan anası ilə danışdığını yazıb. “Səhər tezdən anama zəng etdim. Həyəcanlı səsimi eşidən gözəl anam dərhal Con Stüart Milldən ən çox sevdiyi ifadəni sitat gətirdi: “Özündən razı axmaqdansa, narazı müdrük olmaq daha yaxşıdır”. Və ya narazı Sokrat olmaq, axmaq donuz olmaqdan yaxşıdır. Ona görə ki, axmaq və ya donuz məsələnin yalnız ona toxunan tərəfini bildiyi halda, müdrik adam onun bütün tərəflərini bilir. Bu baxımdan Sokratla bərabər səhv etmək, bu cür axmaq donuzların haqlı olmasından daha yaxşıdır”, – deyə Bayrak İnstaqramda yazıb.

  //Samir,Editor.az