Tramp: İran Hörmüz boğazı üzərində ABŞ-ın Apache helikopterini vurubbackend

Tramp: İran Hörmüz boğazı üzərində ABŞ-ın Apache helikopterini vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump İranın Hörmüz boğazı üzərində patrul uçuşu həyata keçirən ABŞ-a məxsus Apache tipli hərbi helikopteri vurduğunu bildirib.

Trampın sözlərinə görə, hadisə barədə ona ABŞ ordusu məlumat verib. O qeyd edib ki, hücum gecə saatlarında baş verib və Vaşinqton buna cavab verməlidir.
“Böyük ordumuz mənə məlumat verdi ki, iranlılar ötən gecə Hörmüz boğazı üzərində patrul xidməti aparan yüksək texnologiyalı Apache helikopterlərimizdən birini vurublar. ABŞ zərurət yarandığı təqdirdə bu hücuma cavab verməlidir”, – deyə Tramp sosial şəbəkədə paylaşım edib.

Hadisə ilə bağlı hələlik nə ABŞ Müdafiə Nazirliyi, nə də İran rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənməsi gözlənilir.
Ekspertlər bildirirlər ki, məlumatın təsdiqlənəcəyi təqdirdə bu hadisə ABŞ və İran arasında gərginliyin daha da artmasına səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az