Türk ordusundan xüsusi əməliyyat: çoxlu sayda silah müsadirə edilibbackend

Türk ordusundan xüsusi əməliyyat: çoxlu sayda silah müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kilit” əməliyyat zonasında xüsusi əməliyyat keçirib. Editor.az “Haberler.com” a istinadən xəbər verir ki, əməliyyat zamanı çox sayda silah-sursat ələ keçirilib. Ələ keçirilən silahlar PKK/YPG terror təşkilatına məxsus olub. Müdafiə Nazirliyindən verilən məlumatlara görə silahlardan bir çoxu iri-çaplı olub. Silahların yanında digər hərbi təyinatlı vasitələr də ələ keçirilib. Müdafiə Nazirliyi əməliyyatların davam etdiyi bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az