Tusk: Polşa Ukraynanın Aİ-yə üzvlük danışıqlarına mane olmayacaq, lakin güzəşt də etməyəcəkbackend

Tusk: Polşa Ukraynanın Aİ-yə üzvlük danışıqlarına mane olmayacaq, lakin güzəşt də etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına mane olmayacaq.

Bununla belə, Kiyevə digər namizəd ölkələrdən fərqli xüsusi şərtlər təqdim edilməyəcək. Bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.

Mətbuat konfransında çıxış edən Tusk vurğulayıb ki, Varşava Ukraynanın Avropa inteqrasiyasını dəstəkləməyə davam edəcək, lakin bu proses ümumi Avropa qaydaları çərçivəsində həyata keçirilməlidir.
“Polşa Ukraynanın Avropa İttifaqına üzvlük danışıqlarının başlanmasını bloklamayacaq. Ancaq bizim tərəfdən heç bir xüsusi güzəşt olmayacaq.

Polşa Ukraynanın Avropaya gedən yolunu dəstəkləyəcək, lakin bu yol həm Avropa prinsiplərinə uyğun, həm də Polşanın təhlükəsizlik və iqtisadi maraqlarına cavab verməlidir”, – deyə Tusk qeyd edib.
Baş nazirin sözlərinə görə, Ukraynanın Aİ-yə inteqrasiyası məsələsində dəstək davam etsə də, üzvlük prosesi bütün namizəd ölkələr üçün tətbiq olunan standart tələblər əsasında aparılmalıdır.

Bu bəyanat Polşa ilə Ukrayna arasında kənd təsərrüfatı məhsulları, nəqliyyat və iqtisadi rəqabət kimi məsələlər ətrafında müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib. Varşava Ukraynanın Avropa perspektivini dəstəkləsə də, milli maraqlarının qorunmasının prioritet olduğunu vurğulayır.

//Samir Qurbanov, Editor.az