Ukrayna: Belarus ərazisindən hücumlar olarsa, hərbi obyektlər hədəfə alına bilər – Müdafiə Nazirliyi müşaviribackend

Ukrayna: Belarus ərazisindən hücumlar olarsa, hərbi obyektlər hədəfə alına bilər – Müdafiə Nazirliyi müşaviri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sergey Beskrestnov (ləqəbi “Flash”) bildirib ki, Belarus ərazisindən Ukraynaya qarşı “Şahed” tipli hücum dronlarının buraxılması üçün hərbi infrastruktur yaradılarsa, həmin obyektlər Ukrayna Silahlı Qüvvələri tərəfindən hədəfə alına bilər.

O, bu fikirləri jurnalist Darya Trunovaya verdiyi müsahibədə səsləndirib.

Beskrestnov qeyd edib ki, Belarus ərazisindən Rusiya və ya Belarus tərəfindən Ukraynaya qarşı hər hansı hücum həyata keçirilərsə, bu, Ukraynanın adekvat və simmetrik cavab vermək hüququnu yaradır.
Onun sözlərinə görə, belə ssenari baş verərsə, Ukrayna öz müdafiə imkanlarından istifadə edərək həmin hərbi obyektlərə zərbələr endirə bilər.

//Samir Qurbanov, Editor.az