Ukrayna müharibənin aktiv mərhələsinin son mərhələsinə yaxınlaşır – Fedorenkobackend

Ukrayna müharibənin aktiv mərhələsinin son mərhələsinə yaxınlaşır – Fedorenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hazırda müharibənin “qaynar fazasının” yekun mərhələsinə yaxınlaşır və gələcək sülh danışıqları üçün zəmin formalaşdırmağa davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz hücum bölməsinin komandiri Yuri Fedorenko bildirib.
Onun sözlərinə görə, Ukrayna eyni zamanda Rusiyaya qarşı həm cəbhə xəttində, həm də arxa cəbhədə təzyiqi artırır. Fedorenko qeyd edib ki, bu strategiya gələcəkdə mümkün danışıqlar prosesinə hazırlıq məqsədi daşıyır.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski yaxın gələn qışa qədər sülh danışıqları üçün “imkan pəncərəsi”nin yarana biləcəyini bildirib.

Məlumata görə, yaxın həftələrdə ABŞ-dan xüsusi nümayəndələr Stiv Vitkoff və Cared Kuşnerin Kiyevə səfəri gözlənilir.

//Samir Qurbanov, Editor.az