Vladimir Putin Aleksandr Lukaşenkonu Ukraynaya qarşı açıq müharibəyə təhrik edirbackend

Vladimir Putin Aleksandr Lukaşenkonu Ukraynaya qarşı açıq müharibəyə təhrik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Aleksandr Lukaşenkonu açıq şəkildə Ukraynaya qarşı müharibədə iştirak etməyə təhrik edir.

Editor.az xəbər verir ki, bu barədə “GUR” şöbənin nümayəndəsi Vadim Skibitskiyə istinadən yazıb. Skibitski deyib: “Biz Belarus rəhbərliyini açıq müharibəyə məcbur etmək üçün Rusiya Federasiyası tərəfindən görülən tədbirləri görürük. Putinlə Lukaşenko arasında mütəmadi görüşlər keçirilir, orada bu məsələ müzakirə olunur və Putin Lukaşenkonu bu qərarı verməyə razı salmağa çalışır.

Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, hazırda sərhədimiz yaxınlığında 6 batalyon cəmləşib. Bunlar mexanikləşdirilmiş batalyonlar, həmçinin xüsusi əməliyyat qüvvələri komandanlığının hava-desant qoşunlarının batalyonlarıdır. Bu vəziyyətin nə qədər davam edəcəyi cəbhədə və ümumiyyətlə, Rusiyanın dövlətimizə qarşı müharibəsində hadisələrin necə inkişaf etməsindən asılı olacaq.

   //Samir,Editor.az