Volodimir Zelenski: Silah Rusiyanın anladığı yeganə dildirbackend

Volodimir Zelenski: Silah Rusiyanın anladığı yeganə dildir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu artıq bir neçə istiqamətdən hücuma başlayıb.

Editor.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski BBC-yə müsahibəsində deyib. lakin o, konkret hansı istiqamətlərdən hücum edildiyini dəqiqləşdirməyib. Prezidentin sözlərinə görə, Ukrayna hərbçiləri əks hücuma başlayana qədər düşmənin hücumlarının qarşısını ala biləcəklər. lakin o, bir daha Qərb ölkələrini Ukraynaya silah tədarükünü artırmağa çağırıb və qeyd edib ki, “silah Rusiyanın anladığı yeganə dildir”. Ukrayna prezidenti ərazi güzəştinə getməyəcəyini bildirib.

Onun sözlərinə görə, Donbass, Krım və cənub ərazilərinin statusu ilə bağlı kompromis “Avropanın mərkəzində bomba” olacaq. Qeyd edək ki, Pentaqon yazda Kiyevə uğurlu əks-hücum keçməyə kömək edəcəyinə söz verib

  //Samir Qurbanov,Editor.az