Xerson ssenarisi Krımda təkrarlana bilərbackend

Xerson ssenarisi Krımda təkrarlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin tezliklə ilhaq edilmiş Krım ərazisinə daxil ola biləcəyi ilə bağlı fikirlər Rusiya hərbçiləri və əməkdaşları arasında çaxnaşma yaradıb.

Editor.az bildirir ki, bu barədə Krım Tatar Xalqı Məclisinin sədr müavini Axtem Çiygözün Apostrof TV-yə məlumat verib. Onun sözlərinə görə, yarımadanın işğaldan azad edilməsi Xerson ssenarisi üzrə baş verə bilər. “İşğalçılar çaxnaşma içindədirlər və bizim Krım ərazisinə diplomatik və hərbi yolla girəcəyimizdən qorxurlar.

Müxtəlif ekspertlər və analitiklər Krımda belə bir hadisənin real olduğunu proqnozlaşdırırlar və Xerson göstərdi ki, biz bunu edə bilərik. Mən artıq Xersonda olmuşam və bizim imkanlarımızı bilirəm. Hesab edirəm ki, Xersondakı ssenari Krımda da olacaq”, – Çiygöz bildirib. O vurğulayıb ki, hərbçilər və əməkdaşlar çaxnaşmaya düşəndə bu, mülki əhaliyə də təsir edir. “Hərbçilərimiz göstərir ki, indi işğalçılar üçün qorunan yerlər yoxdur”, – Krım tatar xalqı Məclisinin sədr müavini deyib.

//Samir Qurbanov,Editor.az