Yeni tədris ilindən birinci siniflərdə rus dili keçirilməyəcəkbackend

Yeni tədris ilindən birinci siniflərdə rus dili keçirilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan yeni tədris ilindən birinci sinif şagirdlərinin rus və ingilis dillərinin öyrənilməsini ləğv edib.

Editor.az xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil naziri Asxat Aimaqambetov məlumat verib.

Məlumata görə, Aymağambetov sentyabrın 1-dən məktəbliləri gözləyən bir sıra yenilikləri açıqlayıb.
Onun sözlərinə görə, xüsusi araşdırmaların nəticələri göstərib ki, birinci sinif şagirdləri üçün eyni vaxtda üç dili öyrənmək çətindir. Ona görə də dövlət dilli tədris olunan məktəblərdə dərslərin yalnız qazax dilində aparılması, rusdilli məktəblərdə isə qazax və rus dillərinin tədrisi qərara alınıb.

Üçüncü sinifdən isə ingilis dilinin öyrənilməsinə başlanılacaq.
Xatırladaq ki, bir qədər əvvəl Latviyada rus dilindən istifadəni məhdudlaşdırmağı planlaşdırdıqları barədə məlumat yayılmışdı. Hazırlanan qanun iş yerində və ictimai yerlərdə rus dilinin istifadəsinə məhdudiyyətləri nəzərdə tutacaq.
Qeyd edək ki, Rusiya Federasiyasındakı siyasi elita artıq təcavüzün miqyasının genişlənməsinə və SSRİ-ni “bərpa etmək” planlarına eyham vurub və Vladimir Putinin növbəti aqressiv planlarında Qazaxıstan və Gürcüstanın ola biləcəyinə işarə edib.

  //Samir,Editor.az