“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxdubackend

“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Atletiko”nun iki futbolçusu koronavirusa yoluxub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Virus aşkarlanan futbolçuların adları açıqlanmayıb.

Paytaxt təmsilçisinin Çempionlar Liqasının Portuqaliyadakı “8-lər finalı”na yollanmazdan öncə verdiyi testlərdən sonra yoluxma aşkarlanıb. Həmin futbolçular Lissabona aparılmayıb.

Qeyd edək ki, “Atletiko” avqustun 13-də 1/4 finalda Almaniya təmsilçisi “Leypsiq”lə üz-üzə gələcək.