backend

ABŞ Azərbaycandan 17 milyard dollar qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ şirkətlərinin Azərbaycanda investisiya qoyuluşundan əldə etdiyi mənfəət 17 milyard dollar təşkil edib.
Bunu Bakıda Azərbaycan-ABŞ biznes forumunda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu, Azərbaycanın investisiya cəlbediciliyini saxladığını göstərir: “ABŞ-ın Azərbaycan iqtisadiyyatına investisiyaları 12,7 milyard dollar təşkil edir, həmin vəsaitin bir milyard dolları qeyri-neft sektoruna qoyulub”.
O qeyd edib ki, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsində də artım qeydə alınıb: “Bu ilin ilk səkkiz ayı ərzində ABŞ-la ticarət dövriyyəsi 416 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz çoxdur”.
// Trend