Çin və Cənubi Afrika Respublikası Ukraynadakı müharibə ilə əlaqədar birgə bəyanat yaydılarbackend

Çin və Cənubi Afrika Respublikası Ukraynadakı müharibə ilə əlaqədar birgə bəyanat yaydılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin və Cənubi Afrika Ukraynadakı müharibənin siyasi həlli üçün səylərini davam etdirəcəklərini bildiriblər. Ölkə liderləri hələ də əmindirlər ki, “münaqişəni” yalnız danışıqlar yolu ilə həll etmək olar.

Editor.az xəbər verir ki, “Xinhua” nəşri Si Cinpin və Cyril Ramaphosa-nın birgə bəyanatını dərc edib.

Burada Cənubi Afrika və Çinin BMT-nin mərkəzində durduğu qlobal sistemi, dövlətlər arasında beynəlxalq hüquqa əsaslanan ədalətli beynəlxalq nizamı, habelə BMT Nizamnaməsinin prinsipləri, o cümlədən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əksini tapıb.

“Hər iki tərəf razılaşıb ki, dialoq və danışıqlar Ukraynada münaqişənin həlli üçün yeganə əlverişli variantdır və onlar sülh danışıqlarını təşviq etməyə və münaqişənin siyasi həllində konstruktiv rol oynamağa davam edəcəklər”, – deyə bəyanatda bildirilir.

//Samir Qurbanov, Editor.az