Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib.
Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.


