Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı: Sən demə… – ŞOKbackend

Serhat Kılıçın vəfatından bir gün əvvəlki söhbəti üzə çıxdı: Sən demə… – ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Selim Bayraktar yaxın dostu Serhat Kılıçın vəfatından qısa müddət əvvəl yaşananları danışıb.

Bayraktar bildirib ki, Kılıçın ölümündən bir gün əvvəl onunla telefonla danışıb və dostunu həkimə aparmağı planlaşdırıb. Lakin bu plan həyata keçməyib.

Selim Bayraktarın sözlərinə görə, Serhat Kılıç son dövrlərdə səhhəti ilə bağlı problemlər yaşayıb və bu səbəbdən həkim müayinəsinə ehtiyacı olub. Dostunu xəstəxanaya aparmaq istədiyini deyən Bayraktar son telefon danışığı zamanı Kılıçdan “Təksən?” deyə soruşduğunu bildirib.

Kılıçın isə bu suala “Xeyr, tək deyiləm” cavabını verdiyini söyləyən Bayraktar sonradan dostunun həmin vaxt əslində tək olduğunu öyrəndiyini bildirib.

Selim Bayraktar həmçinin Serhat Kılıçın daha əvvəl xərçəng xəstəliyindən müalicə aldığını, son dövrlərdə isə boyun nahiyəsində narahatlıq yaşadığını bildirib. Aktyor Kılıçın səhhətindəki problemlərə baxmayaraq, son çəkiliş gününə qədər işləməyə davam etdiyini qeyd edib.

Yaxın dostunu itirməyin kədərini yaşayan Bayraktar bəzi hadisələrin qarşısını almağın mümkün olmadığını deyərək yaşadığı çarəsizlikdən danışıb.

Qeyd edək ki, teatr, kino və televiziya sahəsində uzun illər fəaliyyət göstərən 51 yaşlı Serhat Kılıç sentyabrın 5-də İstanbulun Kağıthane bölgəsindəki evində ölü tapılıb.

Musavat.com