Məşhur türkiyəli alim Azərbaycandan ÜZR İSTƏDİ – FOTObackend

Məşhur türkiyəli alim Azərbaycandan ÜZR İSTƏDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış alimi, Necmettin Erbakan Universitetinin müəllimi, professor Selahattin Avşaroğlu Azərbaycana qarşı aparılan kampaniyaya qoşulduğu üçün üzr istəyib.

Bu barədə türkiyəli alim özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

Selahattin Avşaroğlu sosial şəbəkə hesabındakı müraciətində həqiqəti sonradan öyrəndiyini və gördüklərinə inandığı üçün səhvə yol verdiyini etiraf edib:

“Əziz izləyicilər, dünən axşamdan bəri Azərbaycan nümayəndə heyəti ilə bağlı paylaşımlar edilirdi və təəssüf ki, mən də yanıldım. Biz gördüyümüzə inandıq. İndi isə hadisələr zamanı şahid olan yaxın bir dostumuz bizi xəbərdar etdi. 7 nəfərlik nümayəndə heyətindən yalnız onu içəridə saxlayıblar, ona müşahidəçi rolu veriblər, digər nümayəndələr isə zalı tərk ediblər”, – deyə professor bildirib.

O, yanlış məlumata aldanaraq Azərbaycana qarşı başladılan kampaniyaya qoşulduğu üçün təəssüfləndiyini ifadə edib və izləyicilərindən üzr istəyib.

Musavat.com