Keçmiş separatçı rejimin başçısı yenə sərsəmlədi – Elə açıqlamalar verdi ki…backend

Keçmiş separatçı rejimin başçısı yenə sərsəmlədi – Elə açıqlamalar verdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı keçmiş separatçı quruma başçılıq etmiş Samvel Şahramanyan yenidən ortaya çıxıb və başından böyük danışmağa başlayıb.

Musavat.com-un məlumatına görə, separatçı bildirib ki, Ermənistanın hazırkı hakimiyyətinin siyasi kursu “artsax”ın mövcudluğu ilə uzlaşmır. O, bu barədə 44 günlük müharibənin başlamasının ildönümündə “Yerablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında deyib.

Ermənistan və “artsax hakimiyyətləri”nin yol verdiyi əsas siyasi səhvin nədən ibarət olduğu və “artsax hakimiyyəti”nin fərqli hərəkət edib-etməyəcəyi ilə bağlı suala cavab verən Şahramanyan bildirib:

“Mənə elə gəlir ki, Ermənistan hakimiyyətinin seçdiyi yol və bu hakimiyyəti seçən xalq “artsax”ın mövcudluğu ilə uzlaşmır”.

Bununla yanaşı, Şahramanyan ona ünvanlanan, 2023-cü il sentyabrın 19-dan sonra saxta “artsax hakimiyyəti”nin müqaviməti davam etdirməli və silahları təhvil verməməli olduğu barədə ittihamları ətraflı şərh etməyib. Onun sözlərinə görə, bu suallara artıq dəfələrlə cavab verib.

1728729662_482752.jpg (73 KB)

44 günlük müharibənin hadisələrindən danışan Şahramanyan bildirib ki, onun fikrincə, Ermənistan tərəfi hazırkı vəziyyətin yaranmasına yol verməmək üçün əlindən gələni etməli idi.

“Bu, 44 günlük müharibənin nəticəsidir və “artsax”ın ləğvinə başlanğıc məhz 44 günlük müharibənin nəticələri ilə qoyuldu. Mənim fikrimcə, biz bu vəziyyətin yaranaması üçün əlimizdən gələn hər şeyi etməli idik”, – deyə o qeyd edib.m

Şahramanyan Azərbaycanla sülh imkanları barədə suala da cavab verib. 

“Məsələn, hazırda “artsax”da sülhdür. Bu, bizim ödəməli olduğumuz qiymətdir…” – deyə Şahramanyan bildirib və hazırkı vəziyyətə görə ödənilən bədəl məsələsinə diqqət çəkib.

Samvel Şahramanyan Qarabağdan könüllü getmiş ermənilərin geri qayıtması üçün real imkan görmədiyini deyib. Bununla belə, o, bu məsələnin beynəlxalq gündəmdə saxlanılmasını zəruri hesab edib.

2731710fa8efeb8f5d91b404ae1ec5e8.jpg (48 KB)

“Bu barədə danışmaq lazımdır və bu məsələ gündəmdə olmalıdır, çünki bu, həm də beynəlxalq hüquq məsələsidir”, – deyə o iddia edib.

Şahramanyan Azərbaycanda saxlanılan separatçıların məsələsinə də toxunub. Onun cəfəng iddiasına görə, həmin şəxslərin həbsdə saxlanılması “sülhün bərqərar edilməsi məqsədi ilə uzlaşmır”. O, Bakıda saxlanılan separatçı rəhbərlərin ailələri ilə əlaqə saxladığını da bildirib.

“Əgər biz sülhə doğru gediriksə, Azərbaycanda saxlanılan, məhkum edilmiş şəxslərin, o cümlədən “artsax”ın hərbi-siyasi rəhbərliyinin nümayəndələrinin qalması mümkün deyil”, – deyə Şahramanyan bu sözlərlə daha da uzağa gedib.

O, həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb və bunun üçün Ermənistan və Azərbaycan hakimiyyətləri arasında iş aparılmasının zəruri olduğunu qeyd edib.

Keçmiş separatçı rejimin oyuncaq “dövlət institutlarının” qorunub saxlanılması məsələsinə toxunan Şahramanyan onların fəaliyyətinin davam etdirilməsini dəstəklədiyini bildirib. Bununla yanaşı, o, Ermənistan hakimiyyəti tərəfindən bu istiqamətdə müvafiq siyasətin olmadığını və bunun “bu işi çox çətinləşdirdiyini” deyib.

Separatçı rejimin “yeni prezidentinin və Milli Assambleyanın sədrinin” seçilməsinin mümkünlüyü ilə bağlı suala Samvel Şahramanyan bu prosesə birbaşa cavabdeh şəxslərə müraciət etməyi təklif edib. Ermənistan üçün yeni təhdidlərin mümkünlüyündən danışan Şahramanyan bildirib ki, hakimiyyət cəmiyyəti potensial risklər barədə məlumatlandırmalıdır.

Bununla yanaşı, o qeyd edib ki, ictimaiyyətə açıq məlumatlardan bildiyi qədər, Ermənistanın hazırkı hakimiyyəti hər hansı təhdid görmür.

Məhv edilmiş rejimin “prezidentliyinə” yenidən namizədliyini irəli sürməsinin mümkünlüyü ilə bağlı suala Şahramanyan bildirib ki, hazırda bu məsələnin müzakirəsini vaxtından əvvəl hesab edir. O, Qarabağ erməniləri üçün əlindən gələn hər şeyi etməyə davam etdiyini də deyib.

Şahramanyan Ermənistan hakimiyyəti ilə əlaqələrinin olub-olmaması barədə suala isə belə cavab verib: “Hazırda xeyr”.

Qeyd edək ki, bu gün, sentyabrın 27-də, 44 günlük müharibənin başlamasının ildönümündə “Güclü Ermənistan” və “Ermənistan” parlament fraksiyalarının üzvləri, həmçinin “Ayakve” milli-vətəndaş birliyinin nümayəndələri və separatçılar “Yerablur” hərbi panteonunu ziyarət ediblər. Revanşistlərin yenidən ortaya çıxmaları risklər yaradır və Ermənistan rəhbərliyi məsələyə müdaxilə etməlidir! 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra oyuncaq rejimin buraxıldığını elan etməklə aradan çıxmağa nail olan Şahramanyanın sülhü pozan fəaliyyəti yolverilməzdir!