İran prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı hər hansı konkret problem və ya çətinliyin olmadığını bildirib.
Musavat.com xəbər verir ki, dövlət başçısı bu barədə CBS News-a verdiyi müsahibədə deyib.
Pezeşkian qeyd edib ki, sonuncu görüşləri yeddi saatdan çox davam edib.
Onun sözlərinə görə, görüş zamanı uzun müddət oturmaq səbəbindən tərəflər oturuş mövqelərini dəyişməli olublar, lakin Ali rəhbərin həmin müddət ərzində dözümlülük göstərəcək qədər sağlam olduğu müşahidə edilib.
İran prezidenti onun tibbi baxımdan tamamilə sağlam olduğunu vurğulayıb.
Özünün də həkim olduğunu xatırladan Pezeşkian “Onda heç bir problem yoxdur”, – deyə əlavə edib.

