Türklər və ermənilər Qarsda görüşdülər – Nə baş verir?backend

Türklər və ermənilər Qarsda görüşdülər – Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Türkiyə nümayəndələri arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi ilə bağlı işçi qrupunun iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması çərçivəsində əldə edilən razılaşmalara uyğun olaraq Qars şəhərində Gümrü–Qars dəmir yolunun bərpası və istismarı üzrə birgə işçi qrupunun iclası keçirilib”, – deyə nazirlik vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyində isə işçi qrupunun görüşü Cənubi Qafqazda sülh və rifah yolunda tarixi irəliləyiş kimi qiymətləndirilib.