Avstraliya Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları genişləndirib. Yeni məhdudiyyətlər çərçivəsində 33 fiziki şəxs, 35 təşkilat və 38 gəmi sanksiya siyahısına daxil edilib.
Editor.az xəbər verir ki, Avstraliyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar Rusiyanın müxtəlif sahələrini, o cümlədən idman, gənclər siyasəti, bank sektoru və müdafiə sənayesini əhatə edir.
Sanksiyalara məruz qalan şəxslər arasında Rusiya Olimpiya Komitəsinin keçmiş prezidenti Stanislav Pozdnyakov və Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiashvili də yer alıb.
Bundan başqa, Rusiyanın bir sıra uşaq və gənclər təşkilatları da sanksiya siyahısına salınıb. Bunların arasında “Smena” və “Artek” uşaq düşərgələri, həmçinin “Orlyonok” uşaq düşərgəsi var. Müvafiq təşkilatların rəhbərləri İqor Juravlyov və Konstantin Fedorenko da sanksiyalara məruz qalıblar.
//Gülnarə Abasova, Editor.az

