İsrailin müdafiə naziri İsrael Katz ölkəsinin İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazır olduğunu açıqlayıb.
Globalinfo.az bildirir ki, nazirin sözlərinə görə, İsrail Amerika Birləşmiş Ştatları tərəfindən veriləcək “yaşıl işığı” gözləyir.
O qeyd edib ki, əsas məqsədlərdən biri İranın ali dini lideri Əli Xamenei rəhbərliyində formalaşan siyasi sistemi zəiflətmək və ölkənin hərbi-siyasi potensialını ciddi şəkildə sarsıtmaqdır.
İsrail rəsmisi həmçinin qeyd edib ki, mümkün əməliyyatlar çərçivəsində İranın enerji infrastrukturu, elektrik təchizatı sistemi və iqtisadi dayaqları hədəfə alına bilər. Onun fikrincə, bu addımlar İranın regiondakı təsir imkanlarını minimuma endirməyə yönəlib.
Bu arada, Donald Tramp Vaşinqtonda qapalı müşavirə keçirir. Məlumata görə, görüşdə ABŞ-ın İrana qarşı mümkün hərbi addımları və regiondakı vəziyyət müzakirə olunur. Hazırkı vəziyyət Yaxın Şərqdə gərginliyin daha da artacağı ehtimalını gücləndirir.

