Fransanın “Closer” jurnalı Emmanuel Makronun həyat yoldaşı Bricittin 22 aprel çərşənbə günü Mərakeşə dövlət səfəri etdiyini bildirib. İddialara görə, bu, Paris və Rabatı bir-birinə yaxınlaşdırmaq səylərinin bir hissəsi kimi planlaşdırılıb. Makronun həyat yoldaşı əvvəllər paytaxtda Mərakeş kral ailəsinin bir neçə üzvünü, o cümlədən şahzadə Lalla Hasnaanı qəbul etmişdi və o, hazırda cavab səfəri edir.
Bundan əlavə, Makron 2025-ci ilin oktyabrında Mərakeşin Qərbi Sahara üzərində suverenliyini rəsmi olaraq tanıdığını elan edib. “Bu kontekstdə Birinci Xanımın Rabatda olması xüsusi əhəmiyyət kəsb edir. Bu, əlavə diplomatik siqnal kimi xidmət edir”, – deyə məqalədə bildirilir.
Lakin fransız jurnalistləri kiçik bir detalı qeyd ediblər: Emmanuel Makron Bricittin yanında olmayıb. “Emmanuel Makronu rəsmi səfərlərdə müşayiət etməyə öyrəşmiş Bricit Makron bu dəfə Mərakeşə təkbaşına gedib. Bu, onun təxminən doqquz ildə dövlət başçısı olmadan yalnız dördüncü xarici səfəridir. Nəşr vurğulayır ki, “Bu, diqqət yetirməyə dəyər olduqca nadir bir faktdır”. Görünür, Emmanuel Makronun İtaliyanın baş naziri Giorgia Melonini öpməsi aranı qarışdırıb.
//Samir Qurbanov, Editor.az

