Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft sektorunu məhv etməkdə davam edirbackend

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft sektorunu məhv etməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Qüvvələri Samaradakı neft emalı zavoduna və Rusiyanın Nijni Novqorod vilayətindəki Qorki neft nasos stansiyasına hücum edib.

Bu barədə 23 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Telegram vasitəsilə məlumat verib. O qeyd edib ki, Qorki boru kəməri Qərbi Sibir və Tatarıstandan neft nəql edir.

Rusiyanın “Astra” nəşrinin məlumatına görə, nasos stansiyasının yerləşdiyi Kstovo sakinləri 23 aprel səhəri partlayışlar və yanğın baş verdiyini bildiriblər. OSINT təhlili yanğının Kstovski rayonunun Meşixa kəndindəki Qorki nasos stansiyasında baş verdiyini təsdiqləyib. İtki sayı məlum deyil.

//Samir Qurbanov,Editor.az