Pakistanın yeni super silahı – “Teymur”backend

Pakistanın yeni super silahı – “Teymur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan hərbi qulluqçuları yeni yerli silahı – “Teymur” qanadlı raketini sınaqdan keçiriblər.

Raket, düşmən gəmilərini uzaq məsafələrdən vurmaq üçün hazırlanmış müasir gəmi əleyhinə sistemdir.
“ParsToday” müəllifinin sözlərinə görə, Pakistan hərbi komandanlığı sınağın milli müdafiə qabiliyyətlərinin inkişafında mühüm bir mərhələ və ölkənin dəniz təhlükəsizliyini gücləndirmək səylərinin bir hissəsi olduğunu bildirib.

Açıq mənbələrə görə, raketin kruiz sürəti 0,8-0,85 Max təşkil edir. Pakistan Hərbi Hava Qüvvələri və Donanma versiyalarında onun mənzili 600 km-ə, ixrac versiyasının isə mənzili 290 km-ə qədərdir. Yeni raketlərin Pakistanın F-16C, JF-17C və J-10C qırıcıları tərəfindən daşınması planlaşdırılır.

//Samir Qurbanov, Editor.az