Ermənistanın Baş naziri Nikol Paşinyan cümə axşamı keçirilən brifinqdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün aktivləşdirilməsi ilə bağlı heç bir planın olmadığını və İrəvanın vəziyyətə uyğun hərəkət edəcəyini bildirib.
“Seçki platformamızda KTMT-də işi gücləndirmək üçün heç bir konkret addım atmayacağımız açıq şəkildə bildirilir. Beləliklə, dondurulmanın aradan qaldırılması gözlənilmir. KTMT-dən de-yure və ya de-fakto çıxacağımız başqa məsələdir, deyə bilmərəm. Vəziyyətə uyğun hərəkət edəcəyik.” – Nikol Paşinyan deyib.
Xatırladaq ki, Ermənistanda 7 iyunda növbədənkənar parlament seçkiləri keçirilməsi planlaşdırılır. Paşinyan “Vətəndaş Müqaviləsi” Partiyasının baş nazirliyə namizədi kimi təsdiqlənib.
//Samir Qurbanov, Editor.az

