Təyyarə qəzasının səbəbi bilindi: Pilotlar havada selfi və video çəkirmişlərbackend

Təyyarə qəzasının səbəbi bilindi: Pilotlar havada selfi və video çəkirmişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada iki F-15K qırıcı təyyarəsinin təlim uçuşu zamanı toqquşması ilə nəticələnən hadisənin səbəbi müəyyən edilib: pilotlar havada selfi və video çəkirdilər.

Editor.az xəbər verir ki, bu barədə “The Independent” xəbər verir.

Qəza 2021-ci ilin dekabr ayında Daequ şəhəri yaxınlığında baş verib. Pilotlar xəsarət almayıblar, lakin hər iki təyyarə zədələnib. Təmir işləri təxminən 880 milyon von (təxminən 550.000 dollar) başa gəlib. İstintaqa görə, pilotlardan biri bölmə ilə son uçuşunu xatırlamaq üçün şəkil çəkdirməyi planlaşdırıb. Bazaya qayıtdıqdan sonra digər pilot təyyarəsindən şəkil çəkməyə başlayıb və daha sonra heyət üzvlərindən biri video istəyib.

Kadrı çəkmək üçün qırıcı təyyarələrdən biri kəskin şəkildə yuxarı qalxma manevrini həyata keçirib və bu, təyyarələr arasındakı məsafəni əhəmiyyətli dərəcədə azaldıb. Toqquşmadan yayınmaq üçün pilotlar əks manevrlər ediblər, lakin bu, toqquşma ilə nəticələnib: bir təyyarənin qanadı digərinin quyruğuna dəyib.

Hadisədən sonra pilotlardan biri xidmətdən kənarlaşdırılıb. O, həmçinin təmirin tam məbləğində cərimələnib, lakin apelyasiya şikayətindən sonra cərimə 90% azaldılaraq təxminən 88 milyon von təşkil edib. Eyni zamanda, auditorlar uçuş zamanı fotoqrafiyanın düzgün tənzimlənməyən geniş yayılmış bir təcrübə olduğunu qeyd ediblər.

//Samir Qurbanov, Editor.az