ABŞ ordusu son 2 gündə İranın hərbi hədəflərinə endirdiyi zərbələrə cavab olaraq atılan ballistik raketlərin əksəriyyətini ələ keçirib.
Məlumatı Fox News yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yayıb. Onun sözlərinə görə, Yaxın Şərqdəki heç bir Amerika bazasına ciddi ziyan dəyməyib, heç bir hərbi qulluqçu xəsarət almayıb və hamısı təhlükəsizlikdədir.
Mənbə həmçinin qeyd edib ki, İran raketlərinin və dronlarının əksəriyyəti İordaniyaya doğru atılıb.
Musavat.com

