İran İraq Kürdüstanındakı ABŞ hərbi bazalarına zərbələr endirib.
Musavat.com xəbər verir ki, məlumat Fars agentliyi tərəfindən SEPAH-a istinadən yayılıb.
SEPAH-ın açıqlamasına əsasən quru qüvvələri Ərbildəki ABŞ bazalarına birgə raket və pilotsuz təyyarə hücumu ilə Amerika ordusuna məxsus təmir mərkəzini və texniki avadanlıq anbarlarını məhv edib.
Daha əvvəl SEPAH Bəhreyn və İordaniyadakı ABŞ bazalarına hücumlar barədə məlumat yaymışdı.

