Coli Ukraynada restoranda – Fotobackend

Coli Ukraynada restoranda – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur aktrisa Ancelina Coli Ukraynanın Poltava şəhərindəki bir restoranda görünüb.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa və UNICEF-in xoşməramlı səfirinin görüntüləri həmin məkanın müştəriləri tərəfindən instaqramda paylaşılıb.

“Məşqdən əvvəl səhər yeməyi yemək üçün ora girmişdim və birdən qarşımda Ancelina Colinin oturduğunu gördüm. Tamamilə şoka düşdüm”, – videonu çəkən istifadəçi yazıb.

Qadın qeyd edib ki, Colinin şəklini çəkməyə icazə verilmirdi, lakin məşhur aktrisanın çəkilməsini konkret olaraq kimin qadağan etdiyini açıqlamayıb.