Selena Qomezin komandası dələduzluq ittihamlarına cavab verdibackend

Selena Qomezin komandası dələduzluq ittihamlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı müğənni və aktrisa Selena Qomezin komandası ona qarşı irəli sürülən dələduzluq ittihamlarına münasibət bildirib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Qomezin vəkili Metyu S. Rozenqart ittihamları “tamamilə əsassız” adlandırıb. Bundan sonra aktrisa ona qarşı qaldırılan iddianın rədd edilməsi üçün məhkəməyə vəsatət təqdim edib. Qomezin komandası bildirib ki, təqdim olunan vəsatət aktrisanın bu işə cəlb edilməsinə heç bir əsas olmadığını göstərir.

Avqustun ortalarında Selena Qomez və anası Mendi Tifi dələduzluqda ittiham olunub. Delaver ştatının məhkəməsinə Qomez, onun anası, Wondermind şirkətinin həmtəsisçisi Daniella Pierson və şirkətin özünə qarşı iddia ərizəsi təqdim edilib.

İddiaçılar onları dələduzluqda və müqavilə şərtlərini pozmaqda günahlandırırlar. İnvestorların iddiasına görə, onlar Wondermind startapına təxminən 1,2 milyon dollar sərmayə qoyublar. Lakin şirkətin istifadəyə verməyi planlaşdırdığı tətbiq indiyədək fəaliyyətə başlamayıb.

Qomezin komandası isə ittihamları rədd edir və aktrisanın məhkəmə işindən çıxarılmasını tələb edir.

//Gülnarə Abasova, Editor.az