Ağdaşda ağır qəza – bir ailənin 3 üzvü öldübackend

Ağdaşda ağır qəza – bir ailənin 3 üzvü öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaş rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə “Report”un Qərb bürosu xəbər verir.

Məlumata görə, rayonun Nehrəxəlil kəndində “Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması zamanı 1971-ci il təvəllüdlü Rahilə Əhmədova, nəvəsi, 2008-ci il təvəllüdlü Rahilə Əhmədova və 1984-cü il təvəllüdlü Seymur Əhmədov ölüb. Ölənlər “VAZ-2107” markalı avtomobilin sürücüsü, onun anası və qızıdır.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

xxxx

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə FHN məlumat yayıb.

Bilirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş rayonunun Nehrəxəlil kəndində “Mercedes” və VAZ markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri “Mercedes” markalı minik avtomobilindən, iki nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.