Avropa ölkələri “yeni NATO” yaratmağı düşünürbackend

Avropa ölkələri “yeni NATO” yaratmağı düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (AB) Avropa Müdafiə Birliyi yaratmaqla, qitənin təhlükəsizliyini gücləndirmək və Rusiyanı çəkindirmək üçün Ukraynanın müdafiə qabiliyyətlərini mümkün qədər tez bir zamanda inteqrasiya etməlidir.

Bu təklifi 27 apreldə Polşada keçirilən Ukraynanın bərpası üzrə hazırlıq konfransında Avropa Müdafiə Komissarı Andrius Kubilius səsləndirib. Kubilyusun sözlərinə görə, Avropa öz təhlükəsizliyi üçün Ukraynanın strateji əhəmiyyətini az qiymətləndirir. “Biz hələ də başa düşmürük ki, Ukraynanın AB-yə inteqrasiyası bizim strateji və həyati marağımızdır”, – deyə o bildirib. O, bu məsələnin Avropanın Rusiyanın potensial təcavüzünə qarşı durmaq qabiliyyəti ilə birbaşa əlaqəli olduğunu vurğulayıb. O qeyd edib ki, Avropa ölkələri artıq əhəmiyyətli döyüş təcrübəsi olan və imkanlarını gücləndirmiş bir ordu ilə qarşılaşa bilərlər. “Ruslar indi 2022-ci ildəkindən xeyli güclüdürlər. Bizim Avropa və ya NATO-dan belə bir təcrübəmiz yoxdur. Bu, Putinin bizi sınaması üçün bir vəsvəsə yaradır”, – deyə Avropa Komissarı vurğulayıb. Kubilius həmçinin deyib ki, Ukraynanın unikal döyüş təcrübəsi və AB ölkələrində olmayan inkişaf etmiş, innovativ müdafiə sənayesi var. O qeyd edib ki, “Biz, avropalılar, həyati əhəmiyyət kəsb edən marağımızı qəbul etməliyik: yaxın gələcəkdə Ukraynanın müdafiə imkanlarının Avropa imkanları ilə tam inteqrasiyasını təmin etmək. İtirməyə vaxtımız yoxdur. Belə inteqrasiyaya səy göstərməmək bizim üçün ciddi strateji səhv olardı”.

Eyni zamanda, o, Ukraynanın NATO-ya sürətli üzvlüyünün hazırda mümkün olmadığını və Avropa Birliyinə qoşulmağın uzun bir proses olduğunu etiraf edib. Buna görə də, komissar müdafiə imkanlarının sürətli inteqrasiyası üçün yeni bir alətə ehtiyac olduğunu söyləyib. “Bizə Ukrayna, Böyük Britaniya və Norveçin müdafiə imkanlarını bunu etmək istəyən Aİ üzv dövlətlərinin imkanları ilə birləşdirəcək Avropa Müdafiə Birliyi lazımdır”, – deyə Avropa Komissarı bildirib. Onun sözlərinə görə, belə inteqrasiya təkcə Avropanın müdafiə qabiliyyətini gücləndirməyəcək, həm də müharibə bitdikdən sonra Ukrayna üçün güclü təhlükəsizlik zəmanəti və onun bərpası üçün zəruri şərt təmin edəcək. Kubilius əlavə edib ki, Qdanskda keçiriləcək strateji müzakirələr zamanı Avropa Müdafiə Birliyinin yaradılması ideyasının əsas mövzulardan biri olacağı gözlənilir.

//Samir Qurbanov, Editor.az