Azərbaycan Ordusunun hərbçisi həlak olub – FOTObackend

Azərbaycan Ordusunun hərbçisi həlak olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.