ABŞ və Böyük Britaniya Hörmüz boğazını qorumaq üçün yeni beynəlxalq koalisiya yaratmağı müzakirə edəcək
ABŞ və Böyük Britaniya gələn həftə Londonda yüksək səviyyəli beynəlxalq konfrans keçirməyi planlaşdırır.
Görüşdə əsas məqsəd Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək yeni koalisiyanın yaradılmasını müzakirə etməkdir. Bu təşəbbüs İranın ticarət gəmilərinə son hücumları və bölgədə artan gərginlik fonunda irəli sürülür.
Məlumata görə, koalisiya dəniz yollarının təhlükəsizliyini gücləndirmək və dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında sərbəst naviqasiyanı təmin etmək məqsədi daşıyacaq. ABŞ administrasiyası hesab edir ki, bu marşrutun təhlükəsizliyi qlobal neft tədarükü və regional sabitlik üçün həlledici əhəmiyyət kəsb edir.
//Samir Qurbanov, Editor.az

