Azərbaycanda sabiq məmur İngiltərədə 3 milyon manatlıq QƏSR ALDI: Xanımı görün kimdir – FOTObackend

Azərbaycanda sabiq məmur İngiltərədə 3 milyon manatlıq QƏSR ALDI: Xanımı görün kimdir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

O bildirib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E.Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşı Zarema Əfəndiyevanın adına rəsmiləşdirilib.

Zarema Əfəndiyeva  Milli Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsində həkim-radioloqdur.

Nazirliyin keçmiş şöbə müdiri 2020-ci ilin sentyabrında İngiltərədə ORANGE OYS LTD şirkətini təsis edib. Elnur Süleymanov və həyat yoldaşı, eləcə də valideynləri 2007-ci ildən Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlaka sahibdirlər.

Xatırladaq ki, E.Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun vaxtında işləyib.