Azərbaycanda uşaqpulu bu halda bərpa oluna bilər – Vacib məqambackend

Azərbaycanda uşaqpulu bu halda bərpa oluna bilər – Vacib məqam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda uşaqpulunun bərpası ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Mövzu ətrafında fərqli fikirlər səslənir. Bəzi rəsmilər uşaqpulunun verilməsini məqsədəuyğun hesab etməsə də, vətəndaşlar bu sosial dəstəyin bərpa olunmasını istəyirlər.

Bəs Azərbaycanda uşaqpulunun yenidən tətbiqi mümkündürmü?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycanda uşaqpulunun tətbiqi nəzəri cəhətdən mümkündür, ancaq siyasi iradə lazımdır:

“Düşünürəm, ölkədəki mövcud demoqrafik vəziyyət hökuməti narahat etməlidir. 2011-ci ildə Azərbaycanda 176 min doğum qeydə alınmışdısa, 2024-cü ildə bu rəqəm təxminən 102 minə düşüb. Yəni 13 ildə təxminən 74 min azalma baş verib. Bu, təxminən 42 faizlik düşüş deməkdir. 2026-cı ilin əvvəlində isə təbii artım əvvəlki illə müqayisədə təxminən 48.5 faiz azalıb. Bu artıq demoqrafik alarm səviyyəsinə yaxın göstəricidir. Bu tendensiya uzunmüddətli perspektivdə əmək bazarı, pensiya sistemi və hərbi resurs baxımından ciddi riskdir”.

vusale ehmedova 1

Vüsalə Əhmədova

V.Əhmədovanın sözlərinə görə, zamanla əhali strukturunda yaşlıların payı artacaq:

“Beləcə, gələcəkdə əmək bazarına daxil olanlar da azalacaq. Nəticədə, dövlət bir işləyənə daha çox pensiyaçı saxlamalı olacaq. Belə olan halda, pensiya fondları çətinlik çəkə, vergi yükü və büdcə kəsiri riski arta bilər. Bu isə, potensial ÜDM artımının və iqtisadi dinamikanın zəifləməsi deməkdir”.

İqtisadçı əlavə edib ki, dünyanın inkişaf etmiş ölkələrinin çoxunda ailələrə uşaqpulu, vergi güzəşti, pulsuz bağça və ya təhsil imkanları, sosial mənzil proqramları və s. formalarda dəstək verilir:

“Uşaq böyütməyin xərcləri artdığı üçün dövlət dəstəyi vacibdir. İnflyasiya və yaşayış xərclərinin artması ailələrə əlavə sosial dəstək tələb edir. Nəticə etibarilə, uşaqpulunun tətbiqi istiqamətində ictimai müzakirələr getsə də, nə vaxt və hansı formada həyata keçiriləcəyi barədə hazırda rəsmi qərar və ya təsdiqlənmiş dövlət proqramı yoxdur”.