Bakı Şəhər Heyvanat Parkı ilə “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirmə yolu ilə yenidən təşkil olunacaq.
Baş nazir Əli Əsədov “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Prezident Fərmanının icrasını təmin etmək məqsədilə Sərəncam imzalayıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvanat Parkının Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə birləşmə yolu ilə yenidən təşkil ediləcək.
Təkliflər iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməlidir.


