Bakıda avtomobil qəzaya uğrayaraq aşıb – FOTO – VİDEObackend

Bakıda avtomobil qəzaya uğrayaraq aşıb – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan Xalid Əsədova məxsus “Mercedes”-ə çırpılıb. Toqquşma zamanı “Hyundai” aşıb. “Mercedes”-in sərnişini Zakir Əsədovun APA-ya verdiyi məlumata görə, “Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığında keçib. Avtomobil aşdıqdan sonra isə “Hyundai”-da olan sürücü və sərnişin hadisə yerindən uzaqlaşıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.