Bakıda narkotik alverçisi küçədə avtomobili saxlayıb sahibini qarət etdibackend

Bakıda narkotik alverçisi küçədə avtomobili saxlayıb sahibini qarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda avtomobil sürücüsünü qarət edən narkotik alverçisi saxlanılıb.

Editor.az Trend-ə istinadən bildirir ki, Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Həşimli yanvarın 9-da saat 23 radələrində Lökbatan qəsəbəsi ərazisində “VAZ-2104” markalı avtomobillə onun idarə etdiyi “Opel” markalı avtomobilin qarşısının kəsildiyini, bıçaqla hədələnərək 477 manat pulunun alındığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Lökbatan qəsəbə sakini N.Quliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Araşdırma aparılır.