Bədnam “Z” Qarabağa da çatdı – Şok olay – FOTObackend

Bədnam “Z” Qarabağa da çatdı – Şok olay – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda sülhməramlı qüvvələr növbəti qanunsuz, missiyaları ilə uzlaşmayan hərəkətləri ilə gündəmə gəliblər. Üstlərinə düşən öhdəliklərdən başqa hər bir işlə məşğul olan sülhməramlılar bu dəfə öz aləmlərində Ukrayna ilə müharibə aparan ölkələrinə bir növ dəstək nümayiş etdiriblər: Hərbi formalarına “Z” simvolikası vurublar.

Milli.Az sosial şəbəkələrdə geniş yayılan bu fotonu təqdim edir. Bəllidir ki, bu simvolika Ukraynadakı müharibənin simvoludur və Rusiya hərbçiləri də bundan istifadə edir. Halbuki bu simvolika ilə yerli qanunları kobud şəkildə pozmuş olurlar. Dəbilqələrinin üstündə “sülhməramlı” yazılıb, lakin formalarında isə müharibəni əks etdirən “Z” simvolu. Anlamaq istəmirlər ki, bununla da 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sülh razılaşmasının şərtlərini pozmuş olurlar.

Rusiya Ukrayna ilə müharibə aparır və həmin simvolikasının Azərbaycan torpaqlarında missiya yerinə yetirən hərbçilərinin istifadə etməsi qanunsuzdur. Ümid etmək olar ki, tezliklə bu simvolikanı onların formalarında bir daha görməyəcəyik.


Milli.az