Kvaşnevski: Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalmalıdırbackend

Kvaşnevski: Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın keçmiş prezidenti Aleksander Kvaşnevski Ukraynanın NATO-ya üzvlüyü məsələsinin gündəmdə saxlanılmasının vacibliyini bildirib.

Editor.az xəbər verir ki, Kvaşnevski hesab edir ki, Ukrayna artıq Şimali Atlantika Alyansı ilə hərbi və siyasi əməkdaşlığa dərindən inteqrasiya olunub. Bu səbəbdən ölkənin NATO-dan kənarda qalmasını nəzərdə tutan yanaşmanın real vəziyyəti əks etdirmədiyini deyib.

“Gələcək haqqında – həm bizim, həm də sizin gələcəyiniz barədə ciddi danışırıqsa, Ukraynanın NATO-ya üzvlüyü məsələsi gündəmdə olmalıdır”, – deyə Kvaşnevski bildirib.

Onun sözlərinə görə, Ukrayna NATO ilə əməkdaşlığa artıq kifayət qədər dərindən inteqrasiya olunub. Keçmiş prezident həmçinin ölkənin hərbi potensialını və müasir münaqişədə əldə etdiyi təcrübəni vurğulayıb.

Kvaşnevski Ukraynanın böyük hərbi potensialının Avropanın təhlükəsizlik arxitekturası baxımından nəzərə alınmasının vacib olduğunu qeyd edib.

Məqalədə həmçinin Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Svetlana Jurovanın daha əvvəl səsləndirdiyi mövqeyə diqqət çəkilir. Jurovanın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi münaqişənin nizamlanması üzrə danışıqlar üçün əsas şərtlərdən biridir. O, Ukraynanın Alyansa mümkün qoşulmasının Rusiya üçün təhlükəsizlik baxımından problem yaratdığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl NATO üzvlüyünü Avropanın təhlükəsizliyi üçün təminat kimi qiymətləndirib.

//Gülnarə Abasova, Editor.az