Saatlar qaldı… – ABŞ ilə İran davam, yoxsa tamam deyəcək?backend

Saatlar qaldı… – ABŞ ilə İran davam, yoxsa tamam deyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CNN məlumat yayıb ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və digər rəsmilər İranla danışıqların ikinci raundunda iştirak etmək üçün bu gün Pakistana səfər edəcək. Həmçinin, “Axios” da xəbər verib ki, İranın ali rəhbəri ayətullah Müctəba Xamenei ABŞ-la danışıqlara razılıq verib. Lakin İranın “Tasnim” agentliyi Tehranın danışıqlara nümayəndə heyəti göndərməyə razılaşdığı haqda xəbərləri təkzib edib.

Belə olan halda, görüş baş tutmaya bilərmi? Bəs baş tutarsa, tərəflər nədə razılaşa bilər?

ABŞ İran nümayəndələri İslamabada eyni vaxtda gələcəklər

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a bildirin ki, tərəflər bu müddət ərzində gərginliyin azaldılması üçün istifadə edə bilməyib: “ABŞ-nin Hörmüzü tam blokadaya alması, İrana məxsus tankeri ələ keçirməsi vəziyyəti daha da dramatikləşdirdi. Tehran Vaşinqtonun bu addımını quldurluq adlandıraraq sarsıdıcı cavab veriləcəyini bildirdi. Danışıqları çətinləşdirən hal həm də ondan ibarətdir ki, tərəflər bir-birlərinə inanmır, maksimalist mövqedən çıxış edirlər və hədələyici ritorika qalır. Ona görə də İslamabaddakı növbəti görüşün olacağına şübhələr artır”.

Onun sözlərinə görə, Tehranın istəyi atəşkəs yox, müharibənin tam dayandırılmasıdır:

“Həmçinin İrana yenidən hücum olunmayacağına təminat verilməli, təzminat ödənilməlidir. Bu şərtlər ilkin baza hesab olunur. Halbuki müharibəyədək dolayısı aparılan danışıqlarda belə bir məsələ masada yox idi. Demək, müharibə problemi nəinki həll etmədi, əksinə, onun həllini daha da çətinləşdirdi. Digər tərəfdən, ABŞ və İran müharibənin başlanmasına səbəb olan hallar üzərində də kompromisə getmirlər. İran nüvə və raket proqramlarından imtina etmir. Birləşmiş Ştatlar isə buna israr edir. Yəni əsas detallar prinsipial olaraq dəyişməz qalır ki, bu da müharibənin yenidən alovlanma riskini daha da artırır”.

Əli Orucov: "Kreml Ermənistana "humanitar yardım" pərdəsi altında məkrli  niyyətlər güdür"

Ekspertə görə, İsrail də bunda maraqlıdır – müharibənin davam etdirilməsinə, İranın tamamilə çökdürülməsinə can atır: “İslamabadda növbəti görüş baş tutmasa, dünyada neft bazarı və iqtisadiyyat yenidən ciddi şəkildə təsirlənəcək. Həmçinin eskalasiyanın coğrafiyası da genişlənə bilər. Çin öz maraqlarını açıq şəkildə qorumağa məcbur ola bilər ki, sonrakı mərhələlərdə regiondakı proseslərı nizamlamaq daha da çətinləşə bilər”.