“Bizə Azərbaycan ordusunda olan silahlardan verin” – Ukraynadan ŞOK TƏLƏBbackend

“Bizə Azərbaycan ordusunda olan silahlardan verin” – Ukraynadan ŞOK TƏLƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Ukraynaya silah tədarük etməyə başlaya bilər. Bu, birbaşa deyil, üçüncü ölkələr vasitəsilə baş verə bilər.

Editor.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç rusiyalı jurnalist Mark Feyqinə müsahibəsində deyib.

Arestoviçin fikrincə, Rusiyanın aqressiv hücumları ilə əlaqədar İsrail, ola bilsin, üçüncü ölkələr vasitəsilə Ukraynaya kömək etməyə başlaya bilər. Arestoviç hesab edir ki, İsrailin NATO-nun Ukraynaya ötürə bilməyəcəyi çoxlu silahları var.

“Biz bütün bunları Qarabağ müharibəsində gördük, bundan Azərbaycan ordusu istifadə edib. Məsələn, Harop və ya Harpy kimi kamikadze dronları. Məsələn, Spike var, operatora uçuş zamanı trayektoriyanı dəyişməyə, yönləndirməyə imkan verən belə uzaq mənzilli ATGM – bir tankdan digərinə uçur. Qarabağdan belə səhnələri çox görmüşük. Və bir çox başqa şeylər – pilotsuz uçuş aparatları, tank əleyhinə silahlar və s.”, – Arestoviç bildirib.

Müşavir vurğulayıb ki, İsrail Yaxın Şərqdəki mövqeyini daim düşünəcək – İsrail texnoloji, elmi və hərbi gücünə, kiçik əraziyə malik olmasına baxmayaraq, hər tərəfdən üstün qüvvələrə malik qonşularla əhatə olunub və vətəndaşlarının təhlükəsizliyi əsasında fəaliyyət göstərəcək.

“İsrailin Lavrovun sözlərinə cavab vermək üçün hər şeyi var, əgər istəsə”, – Arestoviç bildirib.

Qeyd edək ki, “Haaretz” qəzeti hökumətdəki mənbələrinə istinadən yazdığına görə, İsrail hökuməti Kiyevə “hərbi yardım” göstərmək qərarına gəlib.

Rusiya Xarici İşlər Nazirliyi Sergey Lavrovun yəhudilər haqqında söylədiyi sözlərdən sonra Rusiya Federasiyası ilə İsrail arasında münasibətlər xeyli dərəcədə pisləşib.

İsrailin cavabı özünü çox gözlətməyib, İsrailin baş naziri Naftali Bennett Lavrovun iddialarını “yalan və hədsiz” adlandırıb. / Konkret.az