Cənubi Afrika Putini həbs etməyəcəkbackend

Cənubi Afrika Putini həbs etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustda BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) Liderlərinin Zirvə Toplantısına ev sahibliyi edəcək Cənubi Afrika Respublikası sammitdə iştirakı planlaşdırılan Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmağa hazırlaşır.

Editor.az xarici mediaya istinadən bildirir ki, Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə keçirdiyi mətbuat konfransında Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa hakim partiyanın Afrika Milli Konqresinin (ANC) Cənubi Afrikanın ICC-dən çıxarılması qərarını dəstəklədiyini bildirib.

Ramaposa bu qərarda BRİKS Liderlər Zirvə toplantısına qatılması planlaşdırılan Putinin həbsinə dair orderin təsirli olduğunu və ICC-in “ədalətsiz rəftar”ın müzakirə edilməli olduğunu bildirib.

ANC-nin baş katibi daha əvvəl elan etmişdi ki, onun partiyası Cənubi Afrikanın ICC-dən çıxmasına görə məsuliyyəti öz üzərinə götürməyə qərar verib.

//Safura Bənnayeva, Editor.az