Cərimə balları sürücüləri çətin vəziyyətə salır – çıxış yolu nədir?-AÇIQLAMAbackend

Cərimə balları sürücüləri çətin vəziyyətə salır – çıxış yolu nədir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Milli Məclisdə sürücülərə tətbiq olunan cərimə balları sistemi ilə bağlı müzakirələr intensiv xarakter alıb. Deputatlar bu sistemin balların sürətlə toplanması səbəbindən bir çox vətəndaşı sürücülük hüququnu itirmək riski ilə üz-üzə qoyduğunu bildirir və bunun həm sosial, həm də psixoloji baxımdan əlavə yük yaratdığını qeyd edirlər. Eyni zamanda, yol hərəkəti intizamının qorunması ilə yanaşı, vətəndaşların kütləvi şəkildə sürücülük vəsiqələrinin itirməsinin qarşısını alacaq daha ədalətli və balanslaşdırılmış mexanizmlərin hazırlanması zərurəti gündəmə gətirilir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Editor.az-a açıqlamasında bildirib ki, bununla bağlı müzakirələr çox ciddi və konstruktiv gedir:

“Çünki cərimə ballarının tətbiq olunması bu insanlarda psixoloji cəhətdən necə deyərlər, bir əlavə yüklənməyə gətirib çıxarır. Çünki bildiyimiz kimi, cərimə balının özü özlüyündə, yəni cərimə üzərindən cərimə mənasında, anlamında gəlir. Misal üçün, mən avtobus zolağına girmişəmsə, mənim üçün 100 manat cərimə kəsilir. Bu da özü-özlüyündə nəyi deyir? Mən inzibati xəta törətmişəm və mənim cəriməm də 100 baldır, 100 manatdır. Əslində isə, əlavə balın tətbiq edilməsi bu cərimə üzərindən cərimədir və bu bal mənası, yəni cərimənin üzərindən balın yazılması sürücülər tərəfindən hələ ki laqeyd qarşılanır. Nə mənada laqeyd? Ona görə ki, bu cərimə balı nə vaxt yada düşür? Sürücülük vəsiqəsinin limit məsələsində. Yəni, əgər sürücü limitə doğru çatırsa, artıq onun sürücülük vəsiqəsi məhkəmə qərarı ilə növbəti hüquqi prosedura daxil olur. Bu da özü-özlüyündə insanlarda narahatçılıq və narazılığın simulyasiyasına gətirib çıxarır. Bir məsələ də var ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı ümumi balların, yəni silinməsi. Bu bir il müddətinə, yazılan günün bir il müddətində tamam olduqda avtomatik olaraq silinir. Bu da hardasa sürücülər üçün bir arxayınlıq yaradır və növbəti vaxta qədər, prosedura qədər bu da özü-özlüyündə prosesin, necə deyərlər, dayanıqlığını təminat, dayanıqlıq təminatını özündə ehtiva edir”.

//Gülnarə Abasova, Editor.az