“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyul ayında Moskvaya səfər edəcək”.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun “Rusiya-Azərbaycan” sessiyasında çıxış edərkən bildirib.
“Dövlət başçıları səviyyəsindəki dialoqla yanaşı, siyasi dialoq baxımından yaxın zamanda, iyul ayında Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Rusiya tərəfinin dəvəti ilə Moskvaya işgüzar səfəri barədə razılıq əldə edilib”, – deyə o vurğulayıb.
“Bu, mühüm hadisə, münasibətlərimizdə vacib mərhələ olacaq”, – deyə səfir əlavə edib.


