Deputat TƏLƏB ETDİ: Görünməyən nişanlara görə cərimə tətbiq olunmasınbackend

Deputat TƏLƏB ETDİ: Görünməyən nişanlara görə cərimə tətbiq olunmasın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşdırılmış nişanlanma sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər”.

Gununsesi.info bildirir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin iclasında çıxış edərkən deyib.

Deputat bildirib ki, Gəncə şəhərində və digər paytaxtdan kənar şəhər və rayonlarda yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılmasına ehtiyac var:

“Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasını xahiş edirəm. Eyni zamanda hasarlanan, silinən, görünməz halda nişanların inventarizasiyasının aparılması və vaxtında yenilənmələrinin edilməsi nəzarətə götürülməlidir. İnfrastruktur tamamlanmamış yollarda kameralar vasitəsilə cərimələrin tətbiqi müvəqqəti dayandırılmalıdır.

Sürücülər nişanlanma çatışmazlığını bildirə bilməsi üçün asan və əlçatan şikayət mexanizmi yaradılmalıdır”.