DİN gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildiribbackend

DİN gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) televiziya kanalında gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidməti “Report”un sorğusuna cavab olaraq bildirib ki, nazirlik əməkdaşları görüntülərdən məlumatlıdır:

“Həmin görüntüləri izlədik. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində qadının iddiasına görə, 5 ay əvvəl qayınatası tərəfindən yandırılıb.